"Oxu günü" sərgisi

19 aprel 2022-ci il tarixində UBR Tural Cəmilov,kitabxanaçılar Adilə Məmmədova və Afət Mirzəyevanın təşkilatçılığı ilə məktəbin kitabxanasında "Oxu günü" keçirildi. Mütaliəyə diqqətin artırılması məqsədi daşıyan "Oxu günü" ədəbiyyata marağı olan şagirdlərin böyük marağına səbəb oldu. Hədəfimiz şagirdlərin oxu vərdişlərinin inkişaf etdirilməsi, mütaliəyə marağın artırılması, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır.
Bügünki tədbirdə məktəb rəhbərliyi,müəllim və şagirdlər iştirak etdilər. Azərbaycan və dünya ədəbiyyatının şair və yazıçılarının əsərləri, uşaq ədəbiyyatı nümunələri, xüsusilə də ensiklopediyalar iştirakçıların marağına səbəb oldu.
Məktəb direktoru Əbülfət Bağırov tədbirdə çıxış edərək, belə tədbirlərin məktəblilərin kitaba bağlılığını daha da artırdığını qeyd etdi. O vurğulayıb ki, belə tədbirlərin keçirilməsində məqsəd uşaqlara mütaliənin üstünlüklərini aşılamaqdır, şagirdlərin şəxsiyyət kimi yetişməsində və dünyagörüşünün formalaşmasında kitab oxumağın bənzəri yoxdur.