Qobustan Milli Tarixi-Bədii Qoruğunu ziyarət

17 aprel 2022-ci il tarixində məktəbin tarix müəllimi İradə Məmmədova 5a sinif şagirdləri ilə birlikdə Qobustan Milli Tarixi-Bədii Qoruğunu ziyarət ediblər. Ekskursiya zamanı onlar Qobustan qoruğunda mühafizə edilən qədim insan və heyvan təsvirləri, ov, döyüş və rəqs səhnələri ilə tanış olublar. Şagirdlər orada fəaliyyət göstərən muzeylə də tanış olublar. Muzey 12 ekspozisiya zalından ibarətdir. Sensor ekranlı monitorlar və 3D elementlərlə zəngin muzeydə dünyanın müxtəlif guşələrində olan qayaüstü incəsənət nümunələri, Qobustanın minilliklər ərzində dəyişən təbii mühiti, burada aparılmış arxeoloji qazıntılar, daş dövrü insanlarının həyat tərzi və incəsənəti, Qobustan petroqliflərinin xronologiyası və s. haqqında məlumat alıblar. Muzeylə əyani tanışlıq nəticəsində şagirdlər bir daha əmin olublar ki, Azərbaycan dünyanın ən qədim yaşayış məskənlərindən biridir və əcdadlarımız Qobustanda öz tarixlərinin mədəni izlərini qoyub getmişlər.