“Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans

15.04.2022-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfransda Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Əhmədova, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Xəzər Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov, Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, RİHB Aparatının əməkdaşları,konfransın rayon mərhələsinin qalibləri, təhsil aldıqları məktəblərin direktorları və elmi rəhbərləri iştirak etmişdirlər. Rayon mərhələsinin qaliblərindən biri məktəbin IX c sinif şagirdi Əliyev Samir Pərviz oğlu idi. 5 mövzu üzrə hazırladıqları referatları konfrans iştirakçılarına təqdim edən şagirdlərə sonda diplom və hədiyyələr təqdim olundu.