31 Mart soyqırımı:keçmişdə və müasir dövrdə” mövzusunda “dəyirmi masa”

31.03.2022-ci il tarixində məktəbin kitabxanasında 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş “Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı:keçmişdə və müasir dövrdə” mövzusunda “dəyirmi masa” təşkil olunub.Öncə 1918-ci il 31 Mart soyqırımına məruz qalmış günahsız qurbanların xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad olunub.Dəyirmi masada məktəbin tarix müəllimi Ülviyyə Qasımova soyqırım haqqında  müəllim və şagirdlərə ətraflı məlumat vermişdir. Ülviyyə Qasımova  bildirib ki, ermənilərin azərbaycanlılara qarşı bütün dövrlərdə törətdikləri soyqırımına ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə siyasi qiymət verilib, martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi