"Novruz gəlir,yaz gəlir" adlı tədbir

19 mart 2022-ci il tarixində R.Baxışov adına 218 nömrəli tam orta məktəbin musiqi müəlliməsi Fərqanə Mayılovanın təşkilatçılığı ilə təntənəli Novruz bayramı tədbiri keçirildi.Tədbir yüksək səviyyədə təşkil olunmuşdur.Müxtəlif səhnəçiklər, rəqs nümunələrinin, musiqi nömrələrinin nümayiş olunduğu tədbir böyük marağa səbəb oldu.Novruzun atributlarından olan Kosa və Keçəlin oyunları,məktəb həyətində tonqal qalanması maraqla izləndi.
Tədbirdə məktəb rəhbərliyi,texniki heyət, müəllimlər,şagirdlər və valideynlər iştirak etdilər.Şəhid ailələrinin üzvləri və qazilərimiz tədbirin ən hörmətli qonaqları oldular.