"İrəvan Müəllimlər Seminariyasının 140 illiyinə" həsr olunmuş dəyirmi masa

09.03.2022-ci il tarixində məktəbin UBR-i Tural Cəmilovun təşkilatçılığı ilə "İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında Bakı şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı"nın icrası ilə bağlı məktəbin kitabxanasında dəyirmi masa keçirilmişdir. Dəyirmi masanın mövzusu "İrəvan Müəllimlər Seminariyasının təhsilimizdə yeri və rolu" idi. Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Natəvan Əliyeva və kitabxanaçı Afət Mirzəyeva bu seminariyanın qərbi Azərbaycanlılar üçün əhəmiyyətindən, azərbaycanlıların yaşadığı kəndlərdə ibtidai məktəblərin yaradılması və bu kimi məlumatları şagirdlərin diqqətinə çatdırmışdırlar.