“1 mart – Ümumdünya Mülki Müdafiə Günü”

1 mart 2022-ci il tarixində “1 mart – Ümumdünya Mülki Müdafiə Günü”nə həsr olunmuş maarifləndirmə görüşü keçirilib. “Uşaqların təhlükəsiziyini təmin etmək bizim vəzifəmizdir” mövzusunda keçirilən görüşdə məktəbin müəllim və şagirdləri iştirak edib.
Görüşdə öncə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə sahəsindəki fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Məktəbin tarix müəllimi Taliyə Quliyeva Ümumdünya Mülki Müdafiə Təşkilatının tarixinə qısa nəzər salaraq bu mötəbər nüfuzlu beynəlxalq qurumun yaradılması haqqında məlumat verib.