"Xocalı harayı" adlı dəyirmi masa

       

         

26.02.2022-ci il tarixində məktəbin UBR-i Tural Cəmilov, kitabxanaçıları Adilə Məmmədova və Afət Mirzəyevanın təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan “Xocalı harayı” adlı Dəyirmi masa keçirilmişdir.

Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad  edilib.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Əbülfət Bağırov açaraq,1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın tarixində qanlı hadisənin baş verdiyini qeyd edib.Məktəb rəhbərliyi Xocalı soyqırımının dünyada tanınması istiqamətində imzalanmış mühim dövlət sənədlərini xatırladıb və bu işdə gənclərin üzərinə düşən vacib məqamları diqqətə çatdırıb. Bu tarixi hər bir vətəndaşın,xüsusilə gənclərin bilməsini tövsiyə edərək, eyni zamanda bu hadisələri Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda, xalqımızın müstəqillik yolunda apardığı mübarizənin əsası kimi, xalqın qəhrəmanlığının, cəsarətinin nümayişi kimi xatırlamağın əhəmiyyətini bildirmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi