IX siniflərdə tərbiyəvi söhbət aparılmışdır

Azərbaycan Respublikası Təhsil Nazirliyinin İllik Fəaliyyət planına uyğun olaraq 10.02.2022-ci il tarixində məktəbin direktor müavini Nazim Qardaşov, psixoloqu Gülnarə Cəbrayılova və UBR-i Tural Cəmilov IX siniflərdə tərbiyəvi söhbət apardılar. Məktəbin daxili nizam-intizam qaydaları haqqında məlumat verilmiş,şagirdlərin hüquq və vəzifələri haqqında geniş söhbət aparılmış, ümumi tövsiyələr mövzusunda danışılmış, şagirdlərin fikirləri dinlənilmişdir. Şagirdlərə məktəbdə davranış qaydaları izah olunmuşdur.