" İmtahan stressi və onun fəsadları" haqqında psixoloji söhbət

09.02.2022-ci il tarixində məktəbin psixoloqu Gülnarə Cəbrayılova və UBR-i Tural Cəmilov məktəbin XI sinif şagirdləri ilə imtahan öncəsi imtahan stressi və onun fəsadları barədə söhbət aparmışdırlar. İmtahan stressinin həm psixoloji, həm də fizioloji olaraq mənfi nəticələrə gətirib çıxardığı haqqında məlumat vermişdirlər. “İmtahanın dünyanın sonu olmadığını unutmayın! İmtahan yeri bəlli olduğu zaman gedib oranı görmək sizi sakitləşdirə bilər.İmtahan günü keçiriləcəyi yerə nə çox erkən gedin, nə də gecikin. İmtahan sahəsinə çox erkən gedərək imtahan haqqında digər abituriyentlərlə danışmaq, şərhlər etmək, təxminlər icra etmək qayğını artıra bilər, bundan qaçınmaq lazımdır. Həyat boyu giriləcək bir çox imtahan var və heç bir imtahan dünyanın sonu deyil.” - şagirdlərə bu kimi imtahan öncəsi dəyərli məsləhətlər vermişdirlər.