"20 Yanvar faciəsi"nin 32-ci ildönümü

19.01.2022-ci il tarixində məktəbin akt zalında 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tarix müəllimi Cəlahir Əliyev faciənin dəhşətləri haqqında şagirdlərə məlumat verdi. Daha sonra tədbir müxtəlif səhnəciklər, kompozisiyalar və poeziya hissəsi ilə davam etdirildi. Tədbiri məktəb rəhbərliyi, müəllim kollektivi və şagirdlər böyük maraqla izlədilər.