" 20 Yanvar faciəsi" dəyirmi masa

19.01.2022-ci il tarixində “20 Yanvar faciəsi Azərbaycan tarixinin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masa Dövlət Himninin oxunması və şəhidlərin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanılmışdır. Dəyirmi masada müəllimlər və şagirdlər iştirak ediblər.Tədbirdə giriş sözü ilə çıxış edən məktəbin tarix müəllimi Səbuhi Şahsuvarov 32 il bundan əvvəl Azərbaycan xalqının yaddaşına qanlı hərflərlə yazılmış 20 Yanvar faciəsinin, eyni zamanda, Azərbaycan xalqının milli qürur və şərəf tarixi olduğunu qeyd edib.Bu hadisələrin Azərbaycan xalqının milli mənlik şüurunun yüksəkliyini və yenilməzliyini bir daha sübut etdiyini vurğulayıb.Daha sonra məktəbin X-XI sinif şagirdləri “20 Yanvar hadisələri 44 günlük Vətən müharibəsində qazanılan Qələbəni şərtləndirən amillərdən biri kimi” mövzularında məruzələrlə çıxış ediblər.Qeyd edək ki, dəyirmi masa Azərbaycan Respublikasının təhsil nazirinin müvafiq əmri ilə təsdiq olunmuş Tədbirlər Planı çərçivəsində təşkil olunub.