"Tariximizin Zəfər salnaməsi" adlı tədbir

06.11.2021-ci il tarixində Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar təsdiq olunmuş Tədbirlər Planına əsasən məktəbin akt zalında “Möhtəşəm qələbəmiz tariximizin zəfər salnaməsidir” mövzusunda tədbir keçirilib. Öncə şəhid olmuş qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbirdə Şəhid ailələri, II Qarabağ müharibəsi iştirakçıları,məktəb rəhbərliyi,müəllimlər və şagirdlər iştirak etdilər.Hər kəsin maraqla izlədiyi tədbirdə Vətən müharibəsinə aid müxtəlif şeirlər, musiqi nümunələri və səhnəciklər göstərildi. Sonda isə 44 günlük Vətən Müharibəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.