Fəxri Xiyabana və Hərbi Qənimətlər Parkına ziyarət

05.11.2021-ci il tarixində Vətən müharibəsinin birinci ildönümü münasibətilə məktəbin X sinif şagirdləri və müəllim kollektivi Fəxri Xiyabanı və Hərbi Qənimətlər Parkını ziyarət ediblər. Şagirdlər şəhidlərin məzarları önünə gül dəstələri qoyaraq onların əziz xatirəsini hörmət və ehtiramla yad etdilər. Daha sonra 44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında davamlı məğlubiyyətlərə məruz qalan düşməndən əldə etdiyimiz hərbi qənimətlərlə yaxından tanış olmaq üçün Hərbi Qənimətlər Parkını ziyarət ediblər.