Məktəblilərin intiharı ilə bağlı valideynlərlə görüş

21.10.2021-ci il tarixində məktəbin direktoru Əbülfət Bağırov və psixoloqu Gülnarə Cəbrayılova “ Valideynlərin uşaqlara nəzarət etməməsinin və bəzən bədbəxt hadisələrlə nəticələnməsi” mövzusunda valideynlərlə görüş keçirmişdir. Görüşdə bu cür hadisələrin baş verməsinin əsas səbəblərinə toxunulmuşdur. Valideynlərin övladlarına nəzarət etməməsi, azyaşlılara münasibətdə yetərincə diqqətli davranmaması, övladlarına deyil, telefonlara, kompyuterlərə və adını, səbəbini bilmədiyimiz bir çox şeylərə diqqət, vaxt ayırmaları, onları daha dəyərli hesab etməsi halları bu cür vəziyyətlərin yaranmasına zəmin yaradır. Valideynlərə erkən uşaqlıq inkişaf dövrünə xüsusi həssas yanaşmalı və bu dövrdə uşaqları nəzarətdən kənarda qoymamaları tövsiyə olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi