Qazilərlə görüş

19 oktyabr 2021-ci il tarixində Xəzər rayonu Mərkəzləşmiş Kitabxanada Nilüfər Abdulovanın təşkilatçılığı ilə Vətən müharibəsi qaziləri ilə görüş keçirildi. Biz də məktəbimizin şagirdləri,müəllimlər və texniki heyətlə o görüşdə iştirak etdilər. Şagirdlərimizin Vətən müharibəsi iştirakçılarına diqqəti və heyranlığı gözlərindən oxunurdu. Qazilərimiz Məmmədov Rüstəm və Baxşıyev Nəbi öz döyüş yollarından, müharibənin ən qızğın anlarından danışarkən o səhnələr şagirdlərimizin gözlərində canlanırdı. Sonda tədbir iştirakçıları qazilərimizlə xatirə şəkilləri çəkdirdilər.