İbtidai siniflərdə Anım günü qeyd olundu

Sentyabrın 27-si məktəbimizdə Şəhidlərimizin anım gününə həsr olunmuş tədbirlər keçirilmişdir. İbitdai sinif müəllimləri və şagirdlərimiz dərin minnət və hörmət hissi ilə Şəhidlərimizi yad etdilər. Qədəmlərini yenicə məktəbə qoymuş körpə fidanlarımıza müəllimlər tərəfindən 44 günlük müharibə, zəfər yolu, Şəhidlərimizlə bağlı bir sıra məlumatlar, videotəqdimatlar, slaydlar göstərildi. Şagirdlərimizdə vətənpərvərlik, yurda bağlılıq, Şəhidlərimizə dərin ehtiram hissi aşılandı. Tədbirləri məktəb rəhbərliyi, idarə heyəti və aparıcı müəllimlər izlədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi