YENİ DƏRS İLİNİN İLK GÜNÜ QEYD OLUNMUŞDUR

Bu gün I - IV sinif şagirdləri ilk dərs günü olaraq məktəbə qədəm qoydular. Bu münasibətlə I sinif şagirdləri üçün məktəbin həyətində tədbir keçirilmişdir. Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Məktəbin direktoru Əbülfət Bağırov bu il ilk dəfə məktəbə qədəm qoyan birinciləri salamladıqdan sonra onlara təhsillərində uğurlar arzulamışdır.
Qarabağ müharibəsinin şəhidlərinin ruhları bir dəqiqəlik sükutla yad edildikdən sonra 2a və 2b sinif şagirdləri “Şəhidlər"ə həsr olunan şeirlər səsləndirdilər. İlk Zəngin sədaları altında şagirdlər məktəbə daxil oldular.