Məktəbin yeni futbol-basketbol meydançası

17.09.2021-ci il tarixində R.Baxışov adına 218 nömrəli tam orta məktəbin ərazisində ərazi üzrə millət vəkilimiz Soltan Məmmədovun təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən ÇXR səfirliyinin dəstəyi ilə quraşdırılmış futbol-basketbol meydançasının açılış tədbiri keçirilmişdir.
Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban xanım Vəliyevanın, Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elşən Qurbanovun, ərazi üzrə millət vəkillərimiz Rauf Əliyevin, Soltan Məmmədovun, ÇXR-in səfirinin dolğun çıxışları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı. Tədbirin sonunda məktəbin 25 şagirdinə idman forması və futbol topu hədiyyə olundu.