Şagirdlərin imtahan stressinin azaldılması haqqında online söhbət

20 aprel 2021-ci il tarixində məktəbin psixoloqu Gülnarə Cəbrayılova abituriyentlərdə imtahandan öncə yaranan stresslər və onlardan yayınmaq üçün nə etmək lazım olduğu haqqında söhbət aparmışdır.  Abituriyentlərin həyatlarının ən önəmli və vacib günlərindən olan qəbul imtahanları gəlir. İmtahan qabağı stress,qayğılar,depressiya,yorğunluq bir çoxlarının üzləşdiyi əsas problemlərdən biridir.Bu kimi hallar abituriyentlərin imtahanda göstərdiyi nəticələrə mənfi təsirsiz ötüşmür. Məktəbin psixoloqu imtahandan öncəki günlərdə yuxunun və qidanın daha vacib amillərdən olduğunu abituriyentlərin diqqətinə çatdırdı. İmtahanda öncəsi şagirdlərə uğurlar arzulayaraq pozitiv düşünmək lazım olduğunu tövsiyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi