“Erkən nikahlar və onların fəsadları”

25.02.2021-ci il tarixində məktəbin psixoloqu Gülnarə Cəbrayılova və UBR-i Tural Cəmilovun rəhbərliyi ilə IX-X sinif şagirdləri ilə erkən nikah və onun fəsadları mövzusunda görüş keçirilmişdir. Yuxarı sinif şagirdləri üçün təşkil olunmuş bu görüşdə “Erkən nikahlar və onların fəsadları” mövzusunda təqdimatlar olundu, onlar arasında maariflənmə işi aparılmışdır. Görüş iştirakçılarına erkən nikahların ailə quran şəxslərə, onların uşaqlarına ümumilikdə isə ailə quruluşuna və bütövlükdə cəmiyyətə mənfi təsir göstərməsi barədə danışılmşdır.Uşaq evliliyi probleminə sosial aspektdən yanaşan Psixoloq və UBR-i məktəblilərə uşaq hüquqları haqqında Beynəlxalq Konvensiyalar və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu haqqında məlumat vermişdirlər. Onlar, bildirdilər ki, erkən yaşda qurulan nikahlar 18 yaşı tamam olmayan yeniyetmələrin sağlamlığına, gələcək həyatlarına ciddi mənfi təsir göstərir və bu da öz növbəsində gələcəkdə ailədaxili zorakılıq hallarını ortaya çıxarır.