Uşaq zorakılığı və bulinq

05.02.2021-ci il tarixində məktəbin UBR-i Tural Cəmilovun və psixoloqu Gülnarə Cəbrayılovanın iştirakı ilə ibtidai siniflərdə “Uşaq zorakılığı və bulinq” mövzusunda görüş keçirilmişdir. Görüş zamanı şagirdlərə bulinqin növləri haqqında məlumat verilmişdir. Şagirdlərin psixoloji zorakılığa məruz qalması, problemlərlə üzləşməsi, onlardan çıxış yollarını müəyyənləşdirməkdə yardımçı olmaları haqqında məlumatlar əsasında aydınlaşdırmaları üçün yeni faktlar söylənmişdir.