Fənn olimpiadalarının məktəb turu

16.01.2021-ci il tarixində məktəbin illik fəaliyyətinə əsasən xüsusi istedadı olan şagirdlərin aşkara çıxarılması və onlarla işin təşkili məqsədilə VIII-XI sinif şagirdlərinin iştirakı ilə Azərbaycan dili,Riyaziyyat, İnformatika, Kimya, Fizika, Biologiya, Coğrafiya və Tarix fənlərindən fənn olimpiadalarının məktəb turu keçirilmişdir. Onlayn formada keçirilən fənn olimpiadasına məktəb rəhbərliyi və fənn müəllimləri tərəfindən nəzarət edilmişdir. Fənn olimpiadasında məktəbin 100-ə yaxın şagirdi iştirak etmiş və fənn müəllimləri tərəfindən yoxlanılmışdır. Fənn olimpiadasının məktəb turunda nəticə göstərmiş şagirdlər növbəti mərhələyə vəsiqə qazanacaqlar.