Məktəbimizin Şəhid məzunları

Bu gün-dekabrın 27-si məktəbimizin daha bir şəhid məzunu Məmmədov İsa Nazim oğlunun dəfn mərasimi həyata keçirildi. Məmmədov İsa məktəbimizin 4-cü şəhididir. İsa ilə yanaşı Şirvani Həsənağa Bəhruz oğlu, Mamedov Elmar Elçin oğlu, Əhmədli Qardaşxan Elxan oğlu Vətən müharibəsində böyük qəhrəmanlıqla döyüşmüş və şəhidlik zirvəsinə ucalmışlar.
Şirvani Həsənağa Bəhruz oğlu 23.04.2002-ci ildə anadan olmuş, 2018-ci ildə məktəbimizin IX sinfini bitirmişdir. 01.10.2020-ci il tarixində qəhrəmancasına şəhid olmuşdur.
Mamedov Elmar Elçin oğlu 07.07.2001-ci il tarixində anadan olmuş, 2016-cı ildə məktəbimizin IX sinfini bitirmişdir. 06.10.2020-ci il tarixində qəhrəmanlıqla şəhid olmuş, 08.10.2020-ci il tarixində Balakən rayonunun Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Əhmədli Qardaşxan Elxan oğlu 12.03.1996-cı ildə anadan olmuş, 2013-cü ildə məktəbimizin IX sinfini bitirmişdir. 2016-cı il Aprel döyüşlərində də igidliklə döyüşmüşdür. 20.12.2020- ci il tarixində dəfn olunmuşdur.
Məmmədov İsa Nazim oğlu 12.06.1999-cu ildə anadan olmuş, 2015-ci ildə məktəbimizin IX sinfini bitirmişdir. 27.12.2020-ci il tarixində dəfn olunmuşdur.
218 nömrəli məktəbin kollektivi şəhid məzunları ilə fəxr edir, ailələrinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!