Bulinq haqqında onlayn təlim

18.12.2020-ci il tarixində məktəbin psixoloqu Gülnarə Cəbrayılovanın təşkilatçılığı və rus dili müəlliməsi Yasəmən Abdinovanın iştirakı ilə X sinif şagirdləri arasında təlim keçirilmişdir. Təlimin keçirilməsində əsas məqsəd məktəb şagirdlərini bulinq davranışları ilə bir daha tanış etmək və onun qarşısını almaqda şagirdlərə dəstək olmaqdan ibarət olmuşdur.
Təlim zamanı məktəbdə şagirdlərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, tərbiyə işinin, məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsi, məktəblərdə psixoloji xidmət və sağlam psixoloji mühitin rolu barədə geniş məlumat verilmişdir.