" Məktəblilərin şəhidlərimizə vəfa borcu "

07.12.2020-ci il tarixində Xəzər rayonu Rəşid Baxışov adına 218 saylı tam orta məktəbin müəllimi Sevinc Qasımlının rəhbərliyi ilə 9 a sinif şagirdləri Vətən müharibəsində böyük qəhrəmanlıqla həlak olmuş şəhidlərimizin məzarlarını ziyarət etmişdirlər. Sevinc Qasımlı və Həsən İsgəndərli bildiriblər ki, şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi və həqiqi vətənpərvərlik məzmununun onlara düzgün aşılanması baxımından bu cür ziyarətlər böyük əhəmiyyət daşıyır. Ziyarət zamanı məktəbin müəllimi Vətən müharibəsi barədə şagirdlərə məlumat verib, xalqımızın şərəf salnaməsi olan bu şanlı tarixi unutmamağa çağırıblar. Qeyd edilib ki, Vətənimizin azadlığı, müstəqilliyi uğrunda canlarını qurban verən şəhidlər ölümləri ilə ölməzliyə qovuşaraq tariximizin şərəfli səhifəsini yazıblar. Onların qəhrəmanlığı gələcək nəsillərə əsl vətənpərvərlik nümunəsidir. Vətənimizin müstəqilliyi, suverenliyi və azadlığı uğrunda şəhid olanların əziz xatirəsi qəlblərdə əbədi yaşayacaq.Sonda müəllim və şagirdlər xalqımızın azadlığı uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsini yad edərək şəhidlərin məzarları üzərinə tər qərənfillər düzüblər..