"Zərərli vərdişlərə yox deyək"

Hər il olduğu kimi bu il də dekabr ayında UBR-i Tural Cəmilovun təşkilatçılığı və psixoloq Gülnarə Cəbrayılovanın rəhbərliyi ilə “ Zərərli vərdişlərə yox deyək” başlığı altında tədbir hazırlanmışdır. Pandemiya şəraiti ilə əlaqədar olaraq tədbir virtual şəkildə X siniflərlə keçirilmişdir. Şagirdlərlə zərərli vərdişlər haqqında söhbət edilmiş, slaydlar göstərilmişdir. Narkotik maddələrin, alkoqol və siqaretin zərərləri, sağlamlığımıza verdiyi fəsadlar, cəmiyyətimizə mənfi təsirləri haqqında danışılmış, fikirlərini bölüşmüşdürlər.