"Şəhidlər Ölməz, Vətən Bölünməz!" adlı "Online" layihə

Xəzər Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası və Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Təşkilatı ilə birlikdə yeni vətənpərvər layihələrə start vermişlər. 3 dekabr Zoom proqramı üzərindən ilk layihə "Şəhidlər Ölməz, Vətən Bölünməz!" olmuşdur. Layihədə məqsəd Qarabağ müharibəsi iştirakçıları, qaziləri və şəhid ailələri ilə görüşlər təşkil etməkdir.
Tədbirdə çıxış edənlər şəhid Məmmədağa Səfərov, baş leytenant Teymur Məcidzadə və Həsənağa Şirvani haqqında xatirələrini, keçdikləri qəhrəmanlıq yolunu danışdılar və onların şücaətindən söhbət açdılar.Antalya Azərbaycan Mədəniyyəti və Həmrəylik Təşkilatının sədr müavini Ceyran Səttarova və sədr Fazil Orun Allahdan bütün şəhidlərimizə rəhmət dilədilər və ruhları qarşısında baş əydiklərini vurğuladılar.Şairə Müşfiqə Baladdinqızı özünün müəllifi olduğu "Hardasan" şeirini səsləndirdi. Kitabxananın fəal oxucuları şeirlər səsləndirdilər. Şəhid Rəşid Baxışov adına 218 saylı məktəbin tərbiyə işləri üzrə direktor müavini Aqşin Kazımov şəhidlik zirvəsi və bu zirvənin ucalığından söz açdı.
Sonda qeyd edildi ki bu görüşlər silsilə şəklində olacaq və məqsəd Qarabağ şəhidlərini dünyaya tanıtmaqdır