"Zəfər yürüşü"nün fənlərə inteqrasiyası

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.11.2020 F-512 nömrəli əmri ilə təsdiq olunmuş "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Fəaliyyət planına uyğun olaraq 02.12.2020-ci il tarixində Bakı şəhəri R.Baxışov adına 218 nörməli tam orta məktəbin TİDM Aqşin Kazımovun təşkilatçılığı ilə 7b sinfinin rəhbəri Əvəzzadə Fatmanın rəhbərliyi ilə həmin sinifdə " Azərbaycan Ordusunun Vətən Müharibəsində Zəfər Yürüşü və Hərbi Tarixində açdığı yeni səhifə" Biologiya fənninə inteqrasiya mövzusunda videokonfrans keçirilmişdir. Videokonfransda UBR Tural Cəmilov da iştirak etmişdir.