"Psixoloqun məktəblilərlə görüşü"

Builki 2020-2021 tədris ilində R.Baxışov adına 218 saylı məktəbə 427 şagird daxil olmuşdur.Hər il olduğu kimi bu il də şagirdlərin bəzilərində məktəbə adaptasiya məsələsində problemlər olmuşdur. Onlarla dərsdən sonra söhbətlər aparmış, valideynləri ilə görüşüb bəzi məsləhətlər vermiş, köməkli şəkildə vəziyyəti düzəldib onlarda məktəbə maraq yaratmışıq.
Oktyabr ayında sinifdə şagirdlərlə tanış olub onlarla “Mənim ailəm” mövzusunda test keçirmişəm. Bu testlər vasitəsilə şagirdlərin ailə vəziyyəti və məktəbə hazırlığı yoxlanılıb. Bağçaya gedən uşaqların sayı: 63, Uğursuz ailə: 6, Qəyyumluğa götürülən yoxdur, Valideynlərindən birini itirən :3, Fiziki qüsuru olan yoxdur.
Noyabr ayında pandemiya şəraitində şagirdlərə gigiyena və sosial məsafənin gözlənilməsi məqsəd ilə IX, X, XI sinifdə oxuyan şagirdlərlə onlayn söhbətlər aparmışam. Onların düşündüyü qabaqlayıcı tədbirləri dinləyib,ortaq nəticə əldə edib fikirlərimizi bölüşmüşük. Onlayn dərslərin onların təhsilinə mane olmadığını, daha ciddi, məsuliyyətli olmalarını tövsiyə etmişəm.
Noyabr ayında bir neçə V sinif şagirdi ilə söhbət edib, onlarda olan həyəcan, adaptasiya problemlərini üzə çıxarmışıq.
V sinif şagirdlərinin valideynləri ilə onlayn iclas keçirib, övladlarının orta təhsil pilləsinə adaptasiyası istiqamətində köməklik göstərmişəm.