“Vətən sənə canım fəda” adlı rəsm müsabiqəsi

9 Noyabr Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq məktəbin təşkilatçı müavini və UBR-nin təşkilatçılığı, “Məktəblinin dostu”nun iştirakı ilə məktəbin V-VIII sinif şagirdləri arasında “Vətən sənə canım fəda” adlı rəsm müsabiqəsi keçirilmişdir. Şagirdlər Vətən haqqında düşündükləri ideya və fikirlərini rəsmlərlə ifadə etmişdirlər. Müsabiqənin sonunda qalib gələn və iştirak edən şagirdlər məktəb rəhbərliyi tərəfindən fəxri fərmanlar və təşəkkürnamələrlə təltif edilmişdirlər.