"Cəbrayıl bizimdir" adlı ədəbi-bədii gecə

06.10.2020-ci il tarixində məktəbimizin 2e sinif rəhbəri Fətullayeva Sevinc müəllimə rəhbəri olduğu sinifdə hər iki qrupun birinci dərsini işğaldan azad edilmiş Cəbrayıl rayonuna həsr etmişdir. Şagirdlərə Cəbrayıl rayonu haqqında ətraflı məlumat verildi, 2 sahili birləşdirən Xüdafərin körpüsü haqqında danışılmışdır. Şagirdlər Qarabağ haqqında şeirlər səsləndirdilər. Biz inanırıq ki, bizim güclü ordumuz Cəbrayıl rayonu kimi digər işğal altında qalan torparlarımızı da tezliklə düşməndən azad edəcəklər. Dərsin sonunda şagirdlər Azərbaycan əsgərinə məktub yazmışdılar. Məktub Tərtər rayonu N saylı hərbi hissəyə göndərilmişdir.