" Bilik günü "

           15 sentyabr Azərbaycanda “Bilik günü” kimi qeyd olunur. Yeni dərs ili yeni şəraitdə, pandemiya dövründə başlayır. Pandemiya ilə əlaqədar olaraq , dərslər həm əyani , həm də məsafədən (distant) formada təşkil ediləcək. 

        Məktəbimizdə “Bilik günü” pandemiya şəraitinə uyğun şəkildə təşkil edildi. Məktəb rəhbərliyi və müəllim heyəti sosial məsafəni qoruyaraq şagirdləri məktəbə qəbul etdilər.

        Məktəbimizin direktoru Əbülfət Bağırov şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edərək, onlara uğurlar arzuladı. Mövcud vəziyyətlə əlaqədar olaraq şəxsi gigiyena qaydalarına əməl edilməsi, tibbi maskalardan istifadə barədə tövsiyələr verdi.

         Bu gündən başlayan yeni tədris ilində bütün şagirdlərə və müəllimlərimizə uğurlar arzu edirik!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi