“Vətənim Azərbaycan” adlı şeir müsabiqəsi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası “28 May – Respublika Günü” münasibətilə sosial şəbəkələrdə elan etdiyi “Vətənim Azərbaycan” adlı şeir müsabiqəsinə yekun vurulub.
Mayın 23-dən elan edilmiş müsabiqədə fəal iştirak edən Xəzər rayon məktəbliləri və eləcə də “instagram” izləyiciləri “bədii qiraət”, “diksiya və səs tonu”, “intonasiya”, “ifadə xüsusiyyəti” nominasiyaları üzrə seçiliblər.
İnternet üzərindən müsabiqəyə təqdim edilən videoçarxlar diqqətlə izlənilib və qaliblər “28 May – Respublika Günü”ndə Fəxri Fərmanlar və Təşəkkürnamə ilə onlayn təltif ediliblər. Məktəbimizin müsabiqəyə qatılan şagirdlərindən İmancanova Zəhra və Həmidova Nərmin fəxri fərman və təşəkkürnamə ilə təltif ediliblər.