Tarix fənni üzrə "Virtual Respublika müsabiqəsi"

27 may 2020-ci il tarixində 28 May Respublika Gününə həsr olunmuş Tarix fənni üzrə Məktəblər arasında Virtual olaraq bilik müsabiqəsi keçirilmişdir. Məktəbimizi 9-ə sinf şagirdi İsgəndərov İsmayıl Mahir oğlu,Vəliyev Amin Urfat oğlu 9 - ç sinif şagirdləri və məktəbin Tarix müəllimi Muradova Şəhla Zahim qızı təmsil edirdi. Müsabiqəni Xəzər rayonu Rəşid Baxışov adına 218 nömrəli tam orta məktəbin Tərbiyə İşləri üzrə direktor müavini Aqşin Kazımov təşkil etmişdir.
İştirak edən məktəblər :
Suraxanı rayon 118 nömrəli tam orta məktəb
Suraxanı rayon 280 nömrəli tam orta məktəb
Kəlbəcər rayon 109 nömrəli tam orta məktəb
Bakı hümanitar təmayül lisey
Sabunçu rayon 252 nömrəli tam orta məktəb
Sabunçu rayon 22 nömrəli tam orta məktəb
Masallı rayon Hişkədərə kənd tam orta məktəb
Xətai rayon 263 nömrəli tam orta məktəb