" Xocalı-şəhid şəhər" adlı " açıq dərs"

Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş “ Xocalı soyqırımının 28-ci ildönümünün keçirilməsi barədə  Tədbirlər Planı”na və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən 22.02.2020-ci il tarixində R.Baxışov adına 218 saylı tam orta məktəbdə “ Xocalı-şəhid şəhər” mövzusunda məktəbin direktor müavini Aqşin Kazımovun təşkilatçılığı, UBR Tural Cəmilov və psixoloq Gülnarə Cəbrayılova,tarix müəllimi Şəhla Muradovanın rəhbərliyi və 9ə sinif şagirdlərinin iştirakı ilə açıq dərs keçirilmişdir. İlk öncə şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilmişdir. Dərs zamanı Şəhla müəllimə və şagirdlər “ Xocalı soyqırımı”na dair öz fikirlərini bildirmişdilər. Həmçinin “ Xocalı-şəhid şəhər” adlı videoçarx da təqdim olunmuşdur. Sonda məktəbin psixoloqu Gülnarə müəllimə erməni terrorçularının törətdikləri bu vəhşiliklərin canlı şahidlərindən eşitdikləri barədə şagirdləri də məlumatlandırmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi