" 21 fevral Beynəlxalq Ana dili günü" adlı tədbir keçirildi

21.02.2020-ci il tarixində “ 21 fevral Beynəlxalq Ana dili günü” münasibətilə məktəbin akt zalında Azərbaycan dili və ədəbiyyatı müəllimi Mətanət Həmzəyevanın təşkil etdiyi ədəbi-bədii gecə keçirilmişdir. Tədbirdə məktəbin VII və IX sinif şagirdləri, o cümlədən, məktəb rəhbərliyi iştirak etmişdir. Ana dili, onun əhəmiyyəti, ana dilinə doğma münasibət haqqında şagirdlər məruzə etdilər. Daha sonra VII və IX sinif şagirdlərinin ifasında X.Rzanın “ Mənim dilim”, B.Vahabzadənin “ Gülüstan” poemasından parçalar, S.Rüstəmin “ Dilimə dəymə” şeirləri səsləndirilmişdir. Şagirdlər S. Vurğunun “ Vaqif” dramındakı Vaqiflə Qacarın deyişmə səhnəsini və M.S.Ordubadinin felyetonu əsasında hazırlanmış səhnəcik nümayiş etdirmişdirlər.