" Beynəlxalq Ana dili günü" adlı "ədəbi-bədii gecə"

20.02.2020-ci il tarixində məktəbimizin 9b sinfinin rəhbəri Natəvan Əliyevanın təşkilatçılığı ilə  “ 21 fevral Beynəlxalq Ana dili günü” nə həsr edilmiş ədəbi-bədii gecə keçirilmişdir. Ədəbi-bədii gecədə məktəbin T.İ.D.M Aqşin Kazımov və UBR Tural Cəmilov iştirak etdişdirlər. Tədbiri Azərbaycan dili və ədəbiyyatı müəllimi Natəvan Əliyeva açıq elan etmişdir. 9b sinfinin şagirdi F. Abdullayevanın hazırladığı videoçarx nümayiş etdirilmişdir. Ardından F. Abdullayeva “ Beynəlxalq Ana dili günü”nün təsis edilməsi tarixi ilə şagirdləri tanış etmişdir. Müxtəlif şagirdlər tərəfindən ana dilinin xalqın milli-mənəvi sərvəti olması və daşıdığı əhəmiyyət haqqında məruzələr edilmiş, görkəmli şəxsiyyətlərin bu barədə fikirləri səsləndirilmişdir. Azərbaycan dilinin ahəngdar və musiqili dil olması bir daha vurğulanmışdır. Şagirdlərin ifasında ana dilinə həsr olunan şeirlər səsləndirilmişdir. Şagirdlərdən A. Rəhimli və M. Mirələmzadənin ifasında saz və tarda gözəl musiqilər səsləndirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi