Mübariz İbrahimovun məzarı ziyarət edildi

07.02.2020-ci il tarixində məktəbin ibtidai sinif müəlliməsi Əbilova Nuridənin rəhbərlik etdiyi 4b sinif şagirdləri və valideynlər Milli Qəhrəman Mübariz İbrahimovun məzarını ziyarət etmiş, məzarı üstünə gül dəstələri qoymuşdurlar. Azərbaycanın qəhrəman oğlu Mübariz İbrahimovun məzarı önündə qəhrəmanın igidliyindən danışılmış, həyat yoluna nəzər salınmış, göstərdiyi şücaət və qəhrəmanlıqdan bəhs edilmiş və şagirdlər Mübariz İbrahimovun qəhrəmanlığına həsr olunmuş şeirlər söyləmişdirlər.