" Mübariz İbrahimov"un anım günü ilə bağlı " dəyirmi masa "

06.02.2020-ci il tarixində T.İ.D.M Aqşin Kazımov və UBR Tural Cəmilovun təşkilatçılığı, tarix müəllimləri Səbuhi Şahsuvarov, Şəhla Muradova və kitabxanaçı Adilə Məmmədovanın iştirakı ilə Azərbaycan torpaqlarını erməni qəsbkarlarından azad etmək uğrunda canından keçmiş Milli Qəhrəman Mübariz İbrahimovun anım günü ilə əlaqədar olaraq “ dəyirmi masa” keçirilmişdir. Şagirdlərə Mübariz İbrahimovun keçdiyi həyat və qəhrəmanlıq yolu haqqında məlumat verilmişdir. Tarix fənni üzrə Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş bilik yarışı keçirilmiş və həmin yarışın qalibləri olan 7d sinif şagirdləri Həmidova Aysel və Qasımzadə Orxan tərifnamə ilə təltif edilmişdirlər. Sonda Mübariz İbrahimovun əziz xatirəsi müəllimlər və şagirdlər tərəfindən 1 dəqiqəlik sükutla yad edilmişdir.