"20 Yanvar faciəsinin 30-cu ildönümü"nə həsr olunmuş Dəyirmi Masa

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 30.12.2019-cu il tarixli F-529 nömrəli əmrinə əsasən və məktəbin illik fəaliyyət planına müvafiq olaraq 20 Yanvar faciəsisinin 30-cu ildönümü ilə əlaqədar olaraq  məktəb direktorunun təşkilatçı müavini Aqşin Kazımov, UBR  Tural Cəmilov, məktəbin tarix müəllimi Taliyə Quliyeva, kitabxanaçılar Adilə Məmmədova və Afət Mirzəyeva və  8-11 sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa keçirildi. Dəyirmi masada şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi .

Məktəbin şagirdlərinə Qanlı yanvar haqqında tarixi məlumatlar verildi və məktəblilər şəhidlərin xatirəsinə həsr olunan şeirlər səsləndirdi. Şagirdlərə xalqımızın şərəf və qəhrəmanlıq tarixi olan 20 Yanvar faciəsi haqqında ətraflı məlumat verildi və şəhidlərimizi heç zaman unutmamağı tövsiyə edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi