"VALİDEYNİN MƏKTƏBDƏ BİR GÜNÜ" ADLI LAYİHƏ

10.12.2019-cu il tarixdə məktəbdə "Valideynin məktəbdə bir günü" adlı layihə işi davam etdirilmişdir. Layihənin icrası zamanı təlimata uyğun olaraq əvvəlcə ümumtəhsil müəssisəsi ilə əyani tanışlıq keçirilmiş, məktəbin direktoru Əbülfət Bağırovun görülən işlərlə bağlı hesabatı dinlənilmiş, pedaqoji heyət və texniki işçi kollektivi ilə ünsiyyət platforması yaradılmış, dəhlizdə təşkil olunmuş sərgiyə baxılmış, mütaliə vərdişləri ilə bağlı şagirdlərin çıxışları dinlənilmiş,eyni dərs saatında valideynlərin bilavasitə iştirakı ilə dərslər müşahidə olunmuşdur.

Belə ki, valideynlərin təhsildə iştirakı onların övladlarının təhsilinə birbaşa cəlb olunması məktəbin inzibati və pedaqoji heyəti ilə birgə təhsilalanların öyrənmə prosesində böyük əhəmiyyətə malikdir. 2018-2019 - cu tədris ilində təşkil olunmuş görüşlərin davamı olaraq valideynləri məktəb daxilində həyata keçirilən layihələrə , reallaşdırılmış fəaliyyətlər və onların nəticələri ilə tanış etmək lazımı prosesdir.

Sonda məktəbin direktoru Əbülfət Bağırov bütün valideynlərə bu tədbirdə iştirak etdiklərinə görə təşəkkürünü bildirdi. Valideynlər xoş əhval ruhiyyə ilə məktəbi tərk etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi