“Kiçik akademiya” fəaliyyət göstərir.

E.Sultanov adına tam orta məktəbdə "Kiçik akademiya" fəaliyyət göstərir. Bu yaradıcılıq və elmi-tədqiqat işlərinə meyl və maraq göstərən, potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin könüllü birliyidir. Yeni yaradılmış "Kiçik akademiya" çərçivəsində istedadlı şagirdlərlə iş üzrə nəzərdə tutulan tədbirlər, toplantılar, və seminarlar keçirilir. Məktəbin direktoru Bənövşə Cəfərova "Kiçik akademiya"nın fəaliyyətinə diqqət yetirir. Onların keçirdiyi toplantılarda iştirak edir. Şagirdlərə öz tövsiyələrini verir, təcrübəli müəllimlərin bu işə cəlb olunmasına şərait yaradır. Burada əsasən öz arzularına görə elmi-tədqiqat fəaliyyətinə meyl və maraq göstərən VII-XI sinif şagirdləri iştirak edirlər . Şagirdlər Azərbaycan dili və ədəbiyyat, coğrafiya, fizika , ingilis dili, tarix, kimya, biologiya, informatika, riyaziyyat , musiqi fənləri üzrə qruplarda fəaliyyət göstərirlər. Müəllimlərin rəhbərliyi ilə müəyyən edilmiş istiqamətlərdə sadə elmi araşdırmalar aparılır. "Kiçik akademiya" üzvləri tez- tez «Dəyirmi masa»lar keçirir, araşdırmalar aparırlar. Bu şagirdlərin elmi yaradıcılığa marağını artırır, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirir. Şagirdlər həm fərdi, həm də kollektiv şəkildə tədqiqatlar aparır, araşdırmalar üçün məktəb kitabxanasına üz tuturlar. Şagirdlərə bu işdə “Kiçik akademiya"ya rəhbərlik edən məktəbin riyaziyyat-informatika müəllimi Səadət Ədilova köməklik göstərir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi