FƏXRİMİZ

Elşən Məmməd oğlu Sultanov

 

 Elşən Məmməd oğlu Sultanov 29 avqust 1974-cü ildə Bakı şəhərində anadan olmuşdur.

1989-cu ildə Binəqədi rayonu 217 nömrəli əsas məktəbini bitirdikdən sonar Bakı şəhəri 10 nömrəli Texniki Peşə Məktəbinə daxil olmuşdur.

 7 dekabr 1992-ci il tarixində Milli Ordu sıralarına çağrılmışdır.İkl hərbi xidmətinə 859 saylı hərbi hissədə başlamışdır.

 23 iyul 1993-cü il tarixinə kimi Ağdam rayonunda yerləşən hərbi hissənin tərkibində Ağdam rayonunun Boyəhmədli, Şelli, Əhmədavar,Qərvənd, Cəvahirli və başqa kəndlərində erməni işğalçılarına qarşı aparılan döyüş əməliyyatlarında yaxından iştirak etmişdir.Sonra Füzuli, Tər-tər ,Ağdərə rayonlarında gedən döyüşlərdə də iştirak etmişdir.Düşmənə qarşı yüzlərlə mina sahələri qurmuş,və düşmənin  basdırdığı minaların  təmizlənməsində böyük əməyi olmuşdur.

 Müdafiə Nazirliyinin Mühəndis qoşunları idarəsi rəisinin 7 saylı 14 fevral 1995-ci il tarixli əmrinə əsasən 10 nəfərlik istehkamçılar qrupunun tərkibində Lənkəran şəhərində yerləşən 704 saylı hərbi hissənin ərazisini  rus ordusunun basdırdığı minalardan təmizləmək üçün Lənkəran şəhərinə ezam olunmuşdur.Döyüş tapşırığını yerinə yetirən zaman mina partlayışı nəticəsində yaralanmış və hərbi hospitalda gözlərini əbədi yumaraq, şəhidlik zirvəsinə ucalmışdır.

 Bakı şəhəri üzrə Təhsil idarəsinin tabeliyindəki 217 nömrəli tam orta məktəb Elşən Sultanovun adını daşıyır.Məktəbdə onun adı ilə bağlı xatirə lövhəsi yaradılmışdır.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi