Kiçik Akademiya

Şagirdlər araşdırırBu gün "Kiçik Akademiyan"nın nümayəndələrindən 6"G" sinif şagirdləri "20 yanvar sınağı:azərbaycançılıq nümunəsi" mövzusunda araşdırmalar apararaq təqdimat etdilər.

Ətraflı

Dostluq görüşü keçirildiBu gün məktəbin Kiçik Akademiya üzvlərinin, Bakı şəhəri, Binəqədi rayonu 99 nömrəli məktəbin "Kiçik Akademiya" üzvləri ilə dostluq görüşü keçirildi. Görüşdə şagirdlər araşdırdıqları təqdimatları müzakirə etdilər. Maraqlı fikirlər əldə olundu. "Kiçik alimlər" bu dostluq görüşünun çox faydalı olacağını qeyd etdilər. Görüşü təşkil edən Kiçik Akademiya rəhbərləri şagirdlərin layihələrinin uğurlu nəticəlırindən razı qaldıqlarını bildirdirdilər. Bu günki görüş üçün 99 nömrəli məktəbin rəhbərliyinə və məktəbin Kiçik Akademiya rəhbəri Nərminə Süleymanovaya təşəkkürümüzü bildiririk.

Ətraflı

“Kiçik Alim”lərin ilin yekun təqdimatlarıKiçik Akademiya məktəbdə 2018-ci il noyabr ayından fəaliyyət göstərir. Bu müddət ərzində akademiyanın məktəb üzrə rəhbəri Səadət Ədilovanın rəhbərliyi ilə “kiçik alim”lərin Bakı şəhəri üzrə bir neçə məktəbində dostluq görüşləri, bilik yarışları təşkil olunmuş, komandamız diplomlarla geri dönmüşdür. Növbəti görüşə hazırlıq məqsədi kimi, Kiçik Akademiyanın fəal üzvlərinin iştirakı ilə 2021-ci ilin yekunu olaraq “Seçdiyim alim” adlı araşdırma xarakterli tədbir təşkil olundu. Tədbirdə məktəbin 6cı və 7-ci sinif şagirdləri iştirak edirdi. Nəticələr dinlənildi və ən yaxşı təqdimat hazırlayan şagirdlər müəyyən olundu. Həmin şagirdlər yeni ilin ilk günlərində təşkil olunacaq “Məktəblərarası dostluq görüşu”ndə iştirak etmək üçün yer aldılar. Məktəbin araşdırmaçı “Kiçik alimlər”inə uğurlar arzu edirik.

Ətraflı

Heydər Əliyev yaradıcılığıMəktəbin direktor əvəzi Lətifə Cəlilova "Kİçik Akademiya" üzvlərinin fəaliyyəti ilə yaxından maraqlanaraq, onların gördükləri işlərlə tanış olmuşdur. Ən yaxşı təqdimat olaraq, 7"B" sinif şagirdi Həmid Məmmədlinin "Heydər Əliyev yaradıcılığı,onun əvəzolunmaz xidmətləri" haqqında video-təqdimatı seçilmişdir. Lətifə Cəlilova istedadlı şagirdimiz ilə söhbət apararaq, onun gələcək arzularını dinlədi. Sonra şagirdə yeni uğurlar arzu edərək, "Sertifikat" təqdim etdi.

Ətraflı

Sərgi təşkil olunduBu gün məktəbin giriş dəhlizində "Kiçik Akademiya" üzvlərinin hazırladıqları təqdimatlardan ibarət sərgi təşkil olundu.Şagirdlər hazırladıqları təqdimatlar haqqında məlumat verdilər.

Ətraflı

Kiçik Alimlərin təqdimatıhttps://www.youtube.com/watch?v=OnUiWungrzI Məktəbin 7"B" sinif şagirdi Həmid Məmmədlinin araşdırması. Mövzu: Azərbaycan faciələrinin beynəlxalq ictimaiyyətə çatdırılmasında Heydər Əliyevin rolu

Ətraflı

Bulinq nədir?Məktəbin 7"A" sinifində təhsil alan Kiçik Akademiyanın fəalları ilə "Bulinq nədir?" mövzusunda görüş keçirildi. Şagirdlər mövzu ilə bağlı təqdimatlarını müzakirə etdilər. "Kiçik alimlər"-dən Məmmədova Gülçin, Məmməd Əkbər, Məhərrəmova Xədicə, Tağızadə Leyla xüsusi fəallıq göstərərək, maraqlı araşdırmalarından söhbət açdılar. Yaradıcı, araşdırmaçı şagirdlərin fikirləri böyük maraq doğurdu. Fəallara uğurlar arzu edirik!

Ətraflı

"Qarabağım, zəfər bayramım"Bu gün məktəbdə fəaliyyət göstərən Kiçik Akademiyanın fəal üzvləri - 5"A" sinif şagirdləri ilə "Qarabağım, zəfər bayramım" adlı tədbir keçirildi. Tədbirdə giriş sözü ilə Kiçik Akademiyanın rəhbəri Səadət Ədilova çıxış etdi. Vətənpərvərlik, şagirdyönümlülük istiqamətində təşkil olunmuş bu görüşdə şagirdlərin hazırladıqları təqdimatlar müzakirə olundu. Kiçik Akademiyanın fəallarından Əliyeva Nəzrin, Nəbili İsmayıl, Zeynallı Lalə, Məmmıdzadə Meral, Yedigarova Fidan, Şirəliyev Ayxan xüsusilə fərqlilik nümayiş etdirdilər. Sonda iştirak edən şagirdlərə tövsiyyələr verilərək, yeni tapşırıqlar verildi. Kiçik Alimlərimizə araşdırmalarında uğurlar arzulayırıq!

Ətraflı

"Qarabağ Azərbaycandır!"Bu gün Kiçik Akademiyanın üzvləindən- 5 "Ç" sinif şagirdləri ilə "Qarabağ Azərbaycandır!" adlı tədbir keçirildi. Tədbirdə "kiçik alimlər"dən Əzimzadə Lalə, Ağcabəyov Həzrət, Əlizadə Yusif, İsmayıllı Elmir, Atakişiyev Murad, Xankişili Ayan, Xankişizadə Leyla, Quluzadə Rəhimə, Kərimli Ramal, Comərdova Gülay və Atakişiyev İlkin fəallıqla iştirak etdilər. Şagirdlər hazırladıqları ttəqdimat və şeirlərlə vətənə məhəbbət mövzusunda öz maraqlı fikirləri ilə çıxışlar etdilr. Kiçik Akademiyanın rəhbəri Səadət Ədilova şagirdlərə təşəkkür edərək, onlara yeni uğurlar arzuladı.

Ətraflı

Kiçik Akademiyanın loqosuMəktəbdə Kiçik Akademiya fəaliyyət göstərir. 2018-ci il 18 oktyabr tarixindən şagirdlərimiz daha çox araşdırmalara, yeni biliklərin əldə olunmasına yönləndirilir.

Ətraflı

"Kompüterin hissələri" haqında müzakirə2018-ci ildən məktəbdə “Kiçik Akademiya” fəaliyyət göstərir. Fəaliyyətə başladığı andan KA-nın üzvləri ilə çoxlu sayda tədbirlər, məktəblərarası görüşlər keçirilmişdir.Mövcud vəziyyətə baxmayaraq, KA-nın fəalları heç bir çətinliyi düşünmədən öz fəaliyyətlərini davam etdirirlər. Akademiyanın rəhbəri, məktəbin müəllimi S.Ədilova şagirdlərlə tez-tez görüşlər keçirir, onların yaradıcılığının daha çox inkişaf etməsi üçün çalışır.Növbəti görüşdə məktəbin IV sinif şagirdləri iştirak edirdi. Mövzu “Kompüterin giriş, çıxış və giriş-çıxış qurğuları haqqında” şagirdlərin fikirlərini dinləmək, müzakirələr aparmaqdan ibarət oldu. Görüş Teams platforması üzərindən aparıldı.Virtual görüş zamanı sual-cavab etməyin asan olması üçün seçilən yol xüsusilə maraqlı idi. Verilən sualara cavab olaraq, kompüterin giriş qurğusudur deyənlər sağ, çıxış qurğusudur deyənlər sol, hər iki qurğuya aiddir deyənlər isə hər iki əlini qaldırmalı idi.Virtual görüş üçün səslər qarışmasın deyə bu çox yaxşı üsul oldu. Şagirdlər böyük həvəslə bu görüşdə iştirak etdilər və sualları düzgün cavablandırdılar. Şagirdlərlə sevgi ilə çalışarkən hiss olunur ki, zəif şagird yoxdur, onların düşüncəsini oyatmaq lazımdır ki, gözlədiyimiz nəticəni əldə edək. Kiçik Akademiya bu baxımdan çox uğurlu işlər aparır. Akademiyanın məktəblərdə fəaliyyəti şagirdlərin gələcək uğurları üçün çox vacib və yerində düşünülmüş qərardır. Məktəbin “kiçik alimlər” komandasına uğurlar arzu edirik!

Ətraflı

"Tariximizi unutmadıq!""Kiçik akademiya"-nın üzvləri "Tariximizi unutmadıq" adlı təqdimat hazırladılar.

Ətraflı

"İnternet xidmətləri" araşdırıldıMəktəbin müəllimi, Kiçik Akademiyanın rəhbəri Səadət Ədilovanın təşkilatşılığı ilə, məktəbin 8-ci sinifdə oxuyan “Kiçik Akademiya” üzvlərinin görüşü keçirildi. Görüş zamanı şagirdlər informatika fənni üzrə “İnternet xidmətləri” mövzusunda apardıqları araşdırmaları müzakirə edərək, hazırki dövrümüzdə internetin üstünlüklərindən danışdılar.Səmimi mühitdə aparılan bu cür araşdırmaların şagirdlərin inkişafında böyük üstünlükləri vardır. Bu cür görüşlərdə öyrədici, inkişafetdirici xüsusiyyətlərlə bərabər dostluq əlamələri də biruzə verir. İştirakçı fəallara uğurlar arzu edirik

Ətraflı

"Kiçik tədqiqatçılar"ın dostluq görüşüMəktəbin IV sinif şagirdlərindən ibarət tədqiqatçı şagirdlərin 306 nömrəli məktəbin kiçik tədqiqatçıları ilə birlikdə dostluq görüşü keçirildi. Görüş 306 nömrəli tam orta məktəbdə təşkil olunmuşdu. ”Kiçik tədqiqatçılar”ı məktəbin direktoru Gültəkin Ədilova böyük qayğı və sevgi ilə qarşıladı. Hər bir şagirdin araşdırması dinlənildi. Şagirdlərin böyük sevinclə qatıldığı bu görüş sonda onlara sertifikatların verilməsi ilə nəticələndi. Bu cür görüşlərin təşkil olunması, “kiçik alim”lərin yetişməsii üçün çox təqdirəlayiqdir.

Ətraflı

Kiçik tədqiqatçılar təqdim edirMəktəbin IV sinif şagirdlərinin fəallarından ibarət “Kiçik tədqiqarçılar” qrupu fəaliyyət göstərir. Şagirdlər hazırladıqları təqdimatları “Riyaziyyat-elmlərin şahıdır” adı altında təqdim etdilər. Hazırlanmış təqdimatların ən yaxşıları seçilərək, birincilər sırasına əlavə olundu. Şagird nailiyyətləri yüksək qiymətləndirildi.

Ətraflı

Kiçik Akademiyanın “kiçik həvəskarları”Məktəbin 4”Ə” sinif şagirdləri axtarışa, araşdırmaya böyük həvəs göstərirlər. Onlar gələcəkdə yeni ixtiralar, yeniliklər yaratmaq arzusundadırlar. Şagirdlər “Kiçik Akademiya”nın rəhbəri Səadət Ədilovaya əldə etdikləri məlumatları izah edirlər.Şagird təqdimatları onların dərin düşüncəyə, aydın təfəkkürə malik olmalarının nümunəsidir. Şagirdlərimizə uğular arzu edirik!

Ətraflı

“Azərbaycanın biomüxtəlifliyi” araşdırılır“Kiçik Akademiya”nın fəal üzvləri, 8”D” sinif şagirdləri Aslanlı Müstəcəb, Comərdova Ayşən, Zülfüqarova Türkan “Azərbaycanın biomüxtəlifliyi” adlı təqdimatı müzakirə etdilər.Şagirdlər yeni fərziyyələr, maraqlı məlumatlar aşkar edərək, fikir mübadiləsi apardılar.Şagirdlər mövzu ilə bağlı bədii araşdırmalar da apardıqlarını qeyd etdilər.

Ətraflı

Tədqiqatçılıq davam edir“Kiçik Akademiya” üzvləri arasında tədqiqatçılıq işləri davam edir. Şagirdlər elmi araşdırmalara sövq edilərək, müasir elmi tədqiqat metodlarına maraq göstərirlər. Növbəti araşdırmamız məktəbin 8”D” sinif şagirdləri ilə aparıldı. Şagirdlər tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək məqsədi ilə müxtəlif fənlər üzrə apardıqları araşdırmalara dair fikirlərini bildirdilər. Əldə olunmuş nəticələr müzakirə edildi. Tədqiqat işləri alqışlanaraq, yüksək qiymətləndirildi.

Ətraflı

Dahi şairimiz “Nəsimi” haqqında müakirələrMəktəbin VIII sinif şagirdlərinin araşdırmaçı qrupları yeni mövzular üzərində işləyərək, müzakirələr aparırlar. VIII “A” sinif şagirdi Nərmin Hüseynova dahi şairimiz Nəsimi haqqında yazdığı şeiri yoldaşları ilə müzakirə edir. Şagirdlər fikir mübadiləsi aparırlar.

Ətraflı

“Kiçik Akademiya”-nın növbəti müzakirəsiMəktəbin VIII“A” sinif şagirdi Aydın Əliyev öz yaşıdlarına hazırladığı modellər haqqında məlumatlar verdi.Fizika fənnini çox sevən və onun qanunlarını öz modellərində əks etdirən şagirdimiz gələcəkdə öz fəaliyyətini daha da genişləndirəcəyini söyləyir.Şagirdlər arasında bu cür müzakirələrin aparılması onlarda araşdırmaya, tədqiqatın aparılmasına marağı daha da artırır. Aydın dərs əlaçısıdır və “Kİçik Akademiya”-nın fəal üzvüdür. Şagirdimizə uğurlar arzu edirik!

Ətraflı

Biologiya fənnindən təqdimatMəktəbin 8 “F” sinif şagirdi Əlifli Hacər biologiya fənninə olan marağına görə məktəbin “kiçik alimləri” sırasına qoşulub.Bu dəfə Ə.Hacər araşdırmasında biologiya fənninin zənginliyi haqqında əldə etdiyi məlumatları yoldaşlarına çatırdı.Bitkilər, bakteroyalar, heyvanlar, və s. haqqında məlumatların təqdim olundu. Yeni məlumatlar şagirdlərin əldə etdiyi biliklərin möhkəmlənməsi üçün çox faydalıdır.

Ətraflı

“Heydər Əliyev və Nadir şah Əfşar”Kiçik akademiyanın tarix blokunun üzvü Ruslan Nəcəfli Ulu Öndərimiz Heydər Əliyev və Nadir şah Əfşar haqqında bir araşdırma apardı. Araşdırmalara əsasən dahi şəxsiyyətlərin Azərbaycan dövləti üçün etdikləri xidmətlər oxşar əlamət kimi qeyd olunmuşdur. Dünya şöhrətli dövlət başçıları haqqında aparılan araşdırmalar şagirdlərdə böyük marağa səbəb olmuşdur. Araşdırmanın nəticələri 211 nömrəli məktəbin şagirdlərinə təqdim olundu.

Ətraflı

“Pi ədədinin kainatla əlaqəsi”Məktəbin 8”C” sinif şagirdi, “Kiçik Akademiya”-nın riyaziyyat blokunun üzvü Zeynəb Süleymanova yoldaşlarına “Pi” ədədinin kainatla əlaqəsindən danışdı. Araşdırma böyük marağa səbəb oldu.

Ətraflı

Albert Eynşteyn “Nisbilik nəzəriyyəsi” müzakirə olunduKiçik Akademiyanın fizika blokunun üzvü, məktəbin 8”F” sinif şagirdi Solmaz Məhərrəmova Albert Enşteyn “Nisbilik nəzəriyyəsi “haqqında araşdırmalarını hazırlayaraq təqdim etdi. Araşdırmalar məktəbin “kiçik alimləri” üçün çox maraqlı və öyrədici oldu.

Ətraflı

“Microsoft şirkəti haqqında təqdimatKiçik Akademiyanın informatika blokunun üzvü, məktəbin 8 “F” sinif şagirdi Nəzrin Nəzərəliyeva informatika fənni üzrə maraqlı təqdimat hazırladı. Onun təqdimatı Bill Qeyts haqqında şagirdlərə maraqlı məlumat çatdırmaqdan ibarət oldu.Nəzrin çıxışı zamanı Microsoft şirkətinin zənginliyi haqqında ğz maraqlı araşdırmalarını bildirdi. Bu məlumatlar şagirdlər üçün çox faydalıdır. Ümumilikdə bu cür təqdimatların hazırlanması şagirdlər arasında fənninə marağı artırmaq, şagirdlərin bilik, bacarıq və istedadlarını üzə çıxarmaqda öz müsbət təsirini göstərir.

Ətraflı

“Kiçik akademiya” fəaliyyət göstərir.E.Sultanov adına tam orta məktəbdə "Kiçik akademiya" fəaliyyət göstərir. Bu yaradıcılıq və elmi-tədqiqat işlərinə meyl və maraq göstərən, potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin könüllü birliyidir. Yeni yaradılmış "Kiçik akademiya" çərçivəsində istedadlı şagirdlərlə iş üzrə nəzərdə tutulan tədbirlər, toplantılar, və seminarlar keçirilir. Məktəbin direktoru Bənövşə Cəfərova "Kiçik akademiya"nın fəaliyyətinə diqqət yetirir. Onların keçirdiyi toplantılarda iştirak edir. Şagirdlərə öz tövsiyələrini verir, təcrübəli müəllimlərin bu işə cəlb olunmasına şərait yaradır. Burada əsasən öz arzularına görə elmi-tədqiqat fəaliyyətinə meyl və maraq göstərən VII-XI sinif şagirdləri iştirak edirlər . Şagirdlər Azərbaycan dili və ədəbiyyat, coğrafiya, fizika , ingilis dili, tarix, kimya, biologiya, informatika, riyaziyyat , musiqi fənləri üzrə qruplarda fəaliyyət göstərirlər. Müəllimlərin rəhbərliyi ilə müəyyən edilmiş istiqamətlərdə sadə elmi araşdırmalar aparılır. "Kiçik akademiya" üzvləri tez- tez «Dəyirmi masa»lar keçirir, araşdırmalar aparırlar. Bu şagirdlərin elmi yaradıcılığa marağını artırır, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirir. Şagirdlər həm fərdi, həm də kollektiv şəkildə tədqiqatlar aparır, araşdırmalar üçün məktəb kitabxanasına üz tuturlar. Şagirdlərə bu işdə “Kiçik akademiya"ya rəhbərlik edən məktəbin riyaziyyat-informatika müəllimi Səadət Ədilova köməklik göstərir.

Ətraflı
HAQQIMIZDA

 

  Binəqədi rayonu E.Sultanov adına 217 nö...

BİZİM FƏXRLƏRİMİZ

Fərid Bədəlov Fərhad

Orxan Abbasov Əhmədxan

HAQQIMIZDA

 

  Binəqədi rayonu E.Sultanov adına 217 nö...

BİZİM FƏXRLƏRİMİZ

Fərid Bədəlov Fərhad

Orxan Abbasov Əhmədxan

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi