“Kiçik Alim”lərin ilin yekun təqdimatları

Kiçik Akademiya məktəbdə 2018-ci il noyabr ayından fəaliyyət göstərir. Bu müddət ərzində akademiyanın məktəb üzrə rəhbəri Səadət Ədilovanın rəhbərliyi ilə “kiçik alim”lərin Bakı şəhəri üzrə bir neçə məktəbində dostluq görüşləri, bilik yarışları təşkil olunmuş, komandamız diplomlarla geri dönmüşdür. Növbəti görüşə hazırlıq məqsədi kimi, Kiçik Akademiyanın fəal üzvlərinin iştirakı ilə 2021-ci ilin yekunu olaraq “Seçdiyim alim” adlı araşdırma xarakterli tədbir təşkil olundu. Tədbirdə məktəbin 6cı və 7-ci sinif şagirdləri iştirak edirdi. Nəticələr dinlənildi və ən yaxşı təqdimat hazırlayan şagirdlər müəyyən olundu. Həmin şagirdlər yeni ilin ilk günlərində təşkil olunacaq “Məktəblərarası dostluq görüşu”ndə iştirak etmək üçün yer aldılar. Məktəbin araşdırmaçı “Kiçik alimlər”inə uğurlar arzu edirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi