"Qarabağım, zəfər bayramım"

Bu gün məktəbdə fəaliyyət göstərən Kiçik Akademiyanın fəal üzvləri - 5"A" sinif şagirdləri ilə "Qarabağım, zəfər bayramım" adlı tədbir keçirildi. Tədbirdə giriş sözü ilə Kiçik Akademiyanın rəhbəri Səadət Ədilova çıxış etdi. Vətənpərvərlik, şagirdyönümlülük istiqamətində təşkil olunmuş bu görüşdə şagirdlərin hazırladıqları təqdimatlar müzakirə olundu. Kiçik Akademiyanın fəallarından Əliyeva Nəzrin, Nəbili İsmayıl, Zeynallı Lalə, Məmmıdzadə Meral, Yedigarova Fidan, Şirəliyev Ayxan xüsusilə fərqlilik nümayiş etdirdilər. Sonda iştirak edən şagirdlərə tövsiyyələr verilərək, yeni tapşırıqlar verildi. Kiçik Alimlərimizə araşdırmalarında uğurlar arzulayırıq!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi