"Kompüterin hissələri" haqında müzakirə

2018-ci ildən məktəbdə “Kiçik Akademiya” fəaliyyət göstərir. Fəaliyyətə başladığı andan KA-nın üzvləri ilə çoxlu sayda tədbirlər, məktəblərarası görüşlər keçirilmişdir.Mövcud vəziyyətə baxmayaraq, KA-nın fəalları heç bir çətinliyi düşünmədən öz fəaliyyətlərini davam etdirirlər. Akademiyanın rəhbəri, məktəbin müəllimi S.Ədilova şagirdlərlə tez-tez görüşlər keçirir, onların yaradıcılığının daha çox inkişaf etməsi üçün çalışır.Növbəti görüşdə məktəbin IV sinif şagirdləri iştirak edirdi. Mövzu “Kompüterin giriş, çıxış və giriş-çıxış qurğuları haqqında” şagirdlərin fikirlərini dinləmək, müzakirələr aparmaqdan ibarət oldu. Görüş Teams platforması üzərindən aparıldı.Virtual görüş zamanı sual-cavab etməyin asan olması üçün seçilən yol xüsusilə maraqlı idi. Verilən sualara cavab olaraq, kompüterin giriş qurğusudur deyənlər sağ, çıxış qurğusudur deyənlər sol, hər iki qurğuya aiddir deyənlər isə hər iki əlini qaldırmalı idi.Virtual görüş üçün səslər qarışmasın deyə bu çox yaxşı üsul oldu. Şagirdlər böyük həvəslə bu görüşdə iştirak etdilər və sualları düzgün cavablandırdılar. Şagirdlərlə sevgi ilə çalışarkən hiss olunur ki, zəif şagird yoxdur, onların düşüncəsini oyatmaq lazımdır ki, gözlədiyimiz nəticəni əldə edək. Kiçik Akademiya bu baxımdan çox uğurlu işlər aparır. Akademiyanın məktəblərdə fəaliyyəti şagirdlərin gələcək uğurları üçün çox vacib və yerində düşünülmüş qərardır. Məktəbin “kiçik alimlər” komandasına uğurlar arzu edirik!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi