YOL HƏRƏKƏTİ QAYDALARINA RİAYƏT EDƏK, TƏHLÜKƏDƏN UZAQ OLAQ!

    28 fevral 2024-cü il tarixində 216 nömrəli tam orta məktəbdə “Yol hərəkəti qaydalarına riayət edək, təhlükədən uzaq olaq!” adlı maarifləndirici tədbir keçirildi.

    Tədbirin keçirilməsində məqsəd şagirdlərin təhlükəsizliyinin, yol hərəkəti ilə bağlı onların həyat və sağlamlıqlarının qorunmasını təmin etməkdən ibarətdir.

    Tədbirdə Xəzər rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini, polis mayoru Azər Məmmədov, Bakı şəhər Dövlət Yol Polis İdarəsinin Təbliğat və İctimai İşlər üzrə inspektoru, polis kapitanı Pərvanə Muradova, Xəzər rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Ofeliya Məmmədzadə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin əməkdaşı Şahin Məmmədov, Xəzər rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili Bölməsinin rəisi, polis mayoru Eldar Əliyev, Xəzər rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili Bölməsinin baş inspektoru, polis mayoru Xəyalə Həsənova, I Polis Şöbəsinin Yetkinlik Yaşına Çatmayanlar üzrə baş inspektoru, polis mayoru Natiq Allahyarov, Xəzər rayon Dövlət Yol Polis Şöbəsinin Axtarış üzrə inspektoru, polis baş leytenantı Rəhman Mehdiyev, Bakı şəhər Dövlət Yol Polis İdarəsinin Təbliğat və İctimai İşlər üzrə operatoru, polis serjantı Elnur Mahmudov, məktəb rəhbərliyi və kollektivi iştirak edirdi.

    Maarifləndirici tədbir Azərbaycan Respublilasının Dövlət Himni ilə başladı. Daha sona Vətən müharibəsində canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olundu.

I “c” sinif şagirdləri yol hərəkəti nişanları və nəqliyyat növlərinə aid müxtəlif şeirlər və mahnılar səsləndirdi, səhnəciklərlə çıxış etdilər. “Cırtdan yol hərəkət qaydalarını öyrənir” adlı səhnəcik isə hər kəs tərəfindən xüsusi maraqla qarşılandı.

    Sonda tədbir iştirakçıları təşəkkürnamələr və hədiyyələrlə təltif olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi