BASKETBOL YARIŞI

    Bakı şəhər Gənclər və İdman İdarəsi və 216 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə 27 fevral 2024-cü il tarixində Xəzər rayonun orta ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında (oğlanlar) “5 mart- Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş basketbol turniri keçirildi. Təşkilatçı və qonaqların çıxışlarından sonra turnirə start verildi.

    Maraqlı mübarizə şəraitində keçən turnirdə 11 komanda iştirak edirdi.

    Yarışda I yerə – 183 nömrəli tam orta məktəbin komandası, II yerə – 156 nömrəli tam orta məktəbin komandası, III yerə – 26 nömrəli tam orta məktəbin komandası layiq görüldü.

    Mükafatçılara Bakı şəhər Gənclər və İdman İdarəsinin kubok, diplom və medalları təqdim olundu.

#5mart #bedenterbiyesi #edutehsil #fəalməktəb #virtualməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi